AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb

Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müqavilə bədii gimnastikanın inkişafı və təbliği məqsədilə imzalanıb.

Memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Baham adaları Gimnastika Federasiyasının prezidenti Kora Hepburn tərəfindən imzalanıb.

Bu əməkdaşlığın federasiyalar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə