Bu məni çox təəccübləndirdi...

Rakitic: "Qamçılamaq Səudiyyə Ərəbistanında futbolun imicini yaxşılaşdırmağa kömək etmir"

..."Əl-Şəbab"ın yarımmüdafiəçisi İvan Rakitiç Səudiyyə Ərəbistanı Superkubokunun finalında "Əl-Hilal"a uduzduqdan (1:4) sonra "Əl-İttihad"ın hücumçusu Abderrazaq Khamballa'yı qamçı ilə vuran azarkeşin davranışına münasibət bildirib.

...Təbii ki, bu yaxşı hal deyil. Bu məni çox təəccübləndirdi. Ümid edirəm ki, düzgün qərarlar veriləcək, çünki bu cür davranış faydalı deyil. Bununla belə, deyə bilərəm ki, burada hər şey çox yaxşı təşkil olunub. Bəli, bura Avropa deyil, səviyyə aşağıdır, amma biz irəliləyirik. Hər həftə və ya hər ay yeni nailiyyətlər var.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Mundo Deportivo” Rakiticdən sitat gətirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə