İtaliya Ekvador üzərində inamlı qələbə qazanıb

İtaliya Ekvador üzərində inamlı qələbə qazanıb

İtaliya və Ekvador milli futbol komandaları arasında baş tutmuş yoldaşlıq görüşü avropalıların inamlı qələbəsi ilə başa çatıb. SİA xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı “Redd Bull Arena”da baş tutmuş matçı amerikalı arbitrlər briqadası idarə edib.

Oyunda sükut erkən pozulub: “Roma”nın yarımmüdafiəçi Lorentso Pelleqrini İtaliyanı hesabda irəli çıxarır. Erkən qol oyunda böyük hesabın olacağına ümid versə də, növbəti qol ümumi vaxta əlavə edilmiş dördüncü dəqiqədə vurulub: Milan “İnter”inin 27 yaşlı yarımmüdafiəçisi Nikolo Barella fərqlənərək yekun hesabı müəyyənləşdirib – 2:0, İtaliya qələbə qazanıb.

Qarşılaşmada 4 sarı vərəqə də qeydə alınıb. 38-ci dəqiqədə italiyalı Jorjinyo xəbərdarlıq alıb, 66-cı dəqiqədə Nikolo Dzaniolo qarşısında sarı vərəqə görüb, 74-cü dəqiqədə isə hakim Canluka Mançiniyə sarı vərəqə göstərib. 89-cu dəqiqədə Ekvadorun “Bayer 04”də çıxış edən mərkəz müdafiəçisi Pyero İnkapi sarı vərəqə alıb.

Xatırladaq ki, martın 22-də İtaliya millisi Venesuela ilə yoldaşlıq oyunu keçirib (2:1). Həmin gün Ekvador Qvatemala komandasına 2:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə