Parisdə keçiriləcək Olimpiadada 40-a yaxın rusiyalı iştirak edəcək?
Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Rusiya idmançılarının ümumi sayı təxminən 40 nəfər ola bilər. SİA Reuters-a istinadən xəbər verir ki, bunu bazar günü Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti Con Kouts bildirib.
Onun sözlərinə görə, o, Parisdə nə qədər bitərəf rusiyalı idmançının yarışacağına dəqiq əmin deyil, lakin onlardan 40-a yaxınının gələcəyi ilə bağlı xəbərlər həqiqətə yaxın ola bilər.
Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar tətbiq edilən sanksiyalar fonunda və Belarusun Moskvanın əsas müttəfiqlərindən biri hesab edildiyini nəzərə alaraq, BOK ciddi məhdudiyyətlər altında Parisdə yalnız bəzi Rusiya və Belarus idmançılarının yarışmasına icazə verib. Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba BOK-un bu dekabr qərarını şərh edərək, bunu “biabırçı” adlandırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB