“Ən-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının futbol çempionatının 23-cü turunda “Ər-Riyad”la oyunda “Əl-Hilal”ın xeyrinə penalti təyin edilməsini ələ salıb. SİA xəbər verir ki, 66-cı dəqiqədə qonaqların oyunçusunun rəqibin cərimə meydançasında yıxılmasından sonra hakim “Ər-Riyad”ın qapısına penalti təyin edib, amma meydan sahiblərinin müdafiəçisi ilə heç bir təmasın olmaması aşkar görünüb. Penaltini qonaqların heyətində Ruben Neves qola çevirərək hesabı bərabərləşdirib.
Ronaldu bu epizodun videosunu çoxlu gülüş emojiləri ilə şərh edib.
Matçın sonunda “Əl-Hilal” 3:1 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB