Boksçumuz lisenziya turnirinə qələbə ilə başlayıb

Boksçumuz lisenziya turnirinə qələbə ilə başlayıb

Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb. SİA xəbər verir ki, 71 kiloqram çəkidə lisenziya uğrunda mübarizə aparan Sərxan Əliyev 1/32 final mərhələsində döyüşünü qələbə ilə başa vurub.

Dünya çempionatının mükafatçısı Elabidine Amrouq Zineni (Mərakeş) məğlub edib. S.Əliyev qələbəsini 2 raundun yekununa əsasən rəsmiləşdirib. Buna rəqibin qaşından zədə alması səbəb olub.

Boksçumuz 1/16 finalda litvalı Aleksandr Trofimçukla üz-üzə gələcək. Görüş martın 7-də baş tutacaq.

Əliyevədək Nicat Hüseynov (51 kiloqram), Ümid Rüstəmov (57 kiloqram), Tayfur Əliyev (63,5 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da mərhələ adlayıb.

Qeyd edək ki, martın 11-də yekun vurulacaq lisenziya turnirinə Azərbaycan yığması 9 boksçu ilə yollanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə