Ronaldo futboldan gedir?

Kriştiano Ronaldo iki ildən sonra təqaüdə çıxa bilər. SİA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes məlumat verib.

“Bəlkə bir il, bəlkə də iki il sonra Ronaldo karyerasını başa vura bilər”, - Corcina bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo 20 oyun keçirib, 22 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə