Ulduz futbolçuya 4 il cəza

"Yuventus"da çıxış edən fransız ulduz futbolçu Pol Poqba dopinq qəbul etdiyi üçün 4 il futboldan uzaqlaşdırılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya A Seriyasının komandalarından olan "Yuventus"da çıxış edən fransalı yarımmüdafiəçi Pol Poqbanın dopinq testi İtaliya Antidopinq Komitəsi tərəfindən müsbət çıxdığı üçün 4 il müddətinə futboldan uzaqlaşdırılıb.

Ötən mövsüm aldığı zədələrdən sonra uzun müddət meydanlardan uzaq qalan Pol Poqbanın 2023-2024 İtaliya A Seriyasının ilk həftəsində keçirilən Udineze matçından sonra testi müsbət çıxıb. İtaliya Antidopinq Komitəsi tərəfindən Poqbanın ikinci testi də müsbət nəticə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə