Messi MLS-in yeni mövsümündə ilk qolunu vurub

MLS-in müntəzəm mövsümünün ikinci oyununda “Los Anceles Qalaksi” və “İnter Mayami” heç-heçə oynayıb. SİA xəbər verir ki, qarşılaşmada hesab 75-ci dəqiqədə açılıb, “Qalaksi”nin hücumçusu Deyan Yoveliç fərqlənib. “İnter Mayami” 92-ci dəqiqədə Lionel Messinin dəqiq zərbəsindən sonra məğlubiyyətdən xilas olub.

Messi Fransanın PSJ klubunda iki il oynadıqdan sonra 2023-cü ilin yayında ABŞ klubuna keçib. Avqustun 20-də argentinalı ABŞ-də ilk kuboku - Liqa Kubokunu qazandı. Ötən mövsüm Messi 14 oyunda 11 qol vurub və beş məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə