İdman, protein yoxsa daha çox yemək? - İDMANÇI FİKRİ

İdman, protein yoxsa daha çox yemək? - İDMANÇI FİKRİ

“Proteinlər idmançılar üçün əsas amillərdər biri sayılır. Çünki əzələ kütləsinin formalaşmasında, alternativ qidalanmasında çox böyük əhəmiyyət daşıyır. Məsələn, proteinlərin tərkibində elə vitaminlər var ki, onu qida vasitəsilə əldə edə bilmərik”. Bunu SİA-ya K-1 döyüşçüsü və qadınlardan ibarət kunq-fu üzrə Azərbaycan millisinin baş məşqçisi Anar Süleymanov deyib.

Onun sözlərinə görə, proteinin içərisində kükürt, kalsium, müxtəlif turşular, oksigen, karbonat, hidrogen var: “Bunların hamısı əzələlər üçün vacib vitaminlərdir və bunları alternativ əldə etmək üçün mütləq proteinlərdən istifadə etmək lazımdır. Təbii proteinlərin idmançılar üçün heç bir zərəri yoxdur və vərdiş halına da çevrilmir.

Məşq bitdikdən sonra idmançılar əzələyə tez bir zamanda təsir edən vitamin qəbul etməlidi ki, bədən öz tonusunu saxlasın. Siz adi yeməklə qidalansaz, bu bir-iki saat ərzində baş verə bilər və bu da əzələ üçün gecikmiş sayılır. Alternativ əzələnin qidalanması üçün protein qəbul etmək mütləqdir ki, əzələ zamanında qəbul eləsin. Düşünürəm ki, proteinlər idmançılar üçün vacib sayılır”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə