Filippo Ranokkya 4 milyon avroya satılıb

Filippo Ranokkya 4 milyon avroya satılıb

“Yuventus”un yarımmüdafiəçisi Filippo Ranokkya 4 milyon avroya satılıb. SİA bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Bildirilib ki, 22 yaşlı futbolçu 2028-ci ilin 30 iyununa qədər “Palermo”ya məxsus olacaq.

Qeyd edək ki, o, cari mövsümün birinci hissəsini “Empoli”də keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə