"Dövlət dəstəyi nəticəsində idmançılarımızın uğurları çox olacaq" - Ənvər Mansurov
"Biz idmanı sadəcə yarışlarda izləyirik. Amma yadımıza salmalıyıq ki, bu idmançılar illərlə əziyyət çəkirlər. Gərək biz onların bu əziyyətini dəyərləndirək". SİA xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın münsiflər heyətinin mətbuat konfransında "Bakılı oğlanlar" komandasının üzvü, rejissor, prodüser Ənvər Mansurov deyib.
O bildirib ki, bu baxımdan festival böyük əhəmiyyət daşıyır: "Çünki ictimaiyyət bilməlidir ki, idmançılar yalnız yarış ərzində deyil, daha uzun müddət əziyyət çəkirlər. İstedadlı adamlara həmişə köməklik göstərmək lazımdır. Şükürlər olsun ki, respublikanın rəhbərliyi hər zaman istedadlı şəxslərə dəstək göstərib. İnanıram ki, bu dəstək nəticəsində idmançılarımız daim beynəlxalq arenalarda uğurlar qazanacaq".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB