Türkiyənin “Fənərbağça” klubu İtaliya millisinin və Almaniyanın “Union” komandasının futbolçusu Leonardo Bonuççi ilə anlaşıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, 37 yaşlı müdafiəçi ilə 6 aylıq müqavilə imzalanacaq.
Təcrübəli oyunçunun yaxın günlərdə İstanbula gələrək yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcəyi bildirilib.
Qeyd edək ki, Leonardo Bonuççi karyerası ərzində “İnter”, “Yuventus” və “Milan” kimi İtaliya nəhənglərinin formasını geyinib. O, ötən ilin yayında “Union” klubu ilə 1+1 illik müqaviləyə imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB