“Səbail” klubunda yeni məşqçi təyinatı reallaşıb

“Səbail” klubunda yeni məşqçi təyinatı reallaşıb

Bir müddət əvvəl "Kəpəz"in baş məşqçisi postunu tərk edən Azər Məmmədov yenidən “Səbail”də fəaliyyət göstərəcək. Bakı klubundan SİA-ya verilən məlumata görə, 47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.

Qeyd edək ki, A.Məmmədov "Kəpəz"ə baş məşqçi təyin olunanadək də "Səbail"də köməkçi məşqçi vəzifəsini yerinə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə