"Atletiko" da “Xetafe”nin hücumçusuna "elçi düşüb"

"Atletiko" da “Xetafe”nin hücumçusuna "elçi düşüb"

Hüquqları “Mançester Yunayted”ə məxsus olan “Xetafe”nin hücumçusu Meyson Qrinvud “Atletiko"nun oyunçusu ola bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Madrid klubu artıq 22 yaşlı ingilis futbolçunun mümkün transferi ilə bağlı "Mançester Yunayted"lə danışıqlara başlayıb. Daha əvvəl forvardla "Barselona", "Real Sosyedad" və "Valensiya"nın maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Qrinvud bütün yarışlarda 15 "Xetafe" matçında 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə