“Barselona” “Xetafe”nin hücumçusunu alır..?

“Barselona” “Xetafe”nin hücumçusunu alır..?

Müqaviləsi “Mançester Yunayted”ə məxsus olan “Xetafe”nin hücumçusu Meyson Qrinvud “Barselona”ya keçə bilər.

SİA The Sun-a istinadən bildirir ki, “Barselona” Qrinvudu almaq üçün 46 milyon avro ayırmağı planlaşdırır. Qeyd edək ki, daha əvvəl klub 22 yaşlı futbolçunu argentinalı Lionel Messinin uzun müddət geyindiyi on nömrə ilə təmin etməyə hazır olduğu bildirmişdi.

Mətbuatda yayılan xəbərlərə görə, Qrinvudun xidmətində "Real Madrid" və "Atletiko Madrid", həmçinin vingerin hazırda icarə əsasında çıxış etdiyi "Xetafe" də maraqlıdır.

Bu mövsüm ingilis bütün turnirlərdə 15 matçda iştirak edib, o, beş qol vurub və dörd məhsuldar ötürmə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə