Azərbaycan voleybolçuları EEVZA çempionatında iştirak edəcək

Azərbaycan voleybolçuları EEVZA çempionatında iştirak edəcək

Azərbaycanın 20 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək. SİA xəbər verir ki, 10-14 yanvar 2024-cü il tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək yarışda komandamızın oyunlarının təqvimi belədir:

11 yanvar

23:00. Azərbaycan - Estoniya

12 yanvar

20:00. Azərbaycan – Ukrayna

13 yanvar

23:00. Azərbaycan – Latviya

14 yanvar

20:00. Azərbaycan – Polşa

Qeyd edək ki, yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə