"Barselona" Mbappeni transfer edə bilər

"Barselona" Mbappeni transfer edə bilər

Gələn yay azad agentə çevriləcək PSJ-nin hücumçusu Kilian Mbappe ilə Kataloniya “Barselona”sı da maraqlanmağa başlayıb.

SİA “Mundo Deportivo”nun yazdığına istinad edərək, 25 yaşlı fransız futbolçu ilə bağlı “Barselona”nın yaşaya biləcəyi problemi Mbappenin maaşı ilə bağlayır.

Təbii ki, hücumçu böyük ehtimalla yeni klubundan illik böyük maaş istəyəcək. Maliyyə problemlərini nəzərə alsaq, “Barselona” çətin ki, Kilianı arzuladığı maaşla təmin edə bilsin.

Xatırladaq ki, Mbappe uğrunda mübarizədə “Real Madrid” favorit olaraq qalır.

PSJ eyni zamanda əsas ulduzu ilə müqaviləni uzatmaq ümidini itirmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə