""Qarabağ"ın qrup mərhələlərində böyük təcrübəsi var" - "Hakken"in baş məşqçisi
""Qarabağı" təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün böyük təcrübə idi. Bu oyun bizim üçün çətin oldu. Oyunun ilk dəqiqəsində vurulan qol bizim planlarımızı pozdu. Sezonun əvvəlindən bu yanam 3 oyunçu komandanı tərk edib. Bu bizə təsir edib. Bu il qazandığımız təcrübəni gələn Avropa Liqasında tətbiq etməyə çalışacağıq". SİA xəbər verir ki, Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda baş tutan "Qarabağ" və "Hakken" oyunundan sonra keçirilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Per-Matias Hoqmk deyib.
"İki sezon yarım bu komandaya məşqçilik edirəm. Bu müddət ərzində İsveç kubokunun qalibi olmuşuq. Hesab edirəm ki, komanda indi daha güclüdür. Ona görə mən komandadan yaxşı əhval-ruhiyyə ilə ayrılıram",- deyə o əlavə edib.
Mütəxəssis bildirib ki, "Qarabağ"la qarşılaşdıqları birinci oyunda demək olar ki, oyun bərabər səviyyədə keçib: "Hesab edirəm ki, bu oyunda da başa-baş mübarizə apardıq. "Qarabağ"ın beynəlxalq səviyyəli oyunçuları var. Bunun ona üstünlük qazandırdığını düşünürəm.
"Qarabağ"ın xüsusilə hücumda və mərkəzdə individual baxımdan çox yaxşı oyunçuları var. Qrup mərhələlərində çox böyük təcrübəsi var və bunu öz oyunlarında göstərir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB