"Yağışlı hava şəraiti bizim üçün maneə olmayacaq" - Marko Yankoviç
"Sabah bizi vacib oyun gözləyir. Düşünürəm ki, biz oyuna tam hazırıq. Amma çətin oyun və rəqib bizi gözləyir". SİA xəbər verir ki, bu sözləri "Qarabağ"-"Hakken" oyunundan öncə keçirilən mətbuat konfransında Marko Yankoviç deyib.
"Əlimizdən gələni edəcəyik ki, sabahkı oyunu yaxşı nəticə ilə sonlandıraq. İnanmıram ki, yağışlı hava şəraiti bizim üçün maneə olsun. Əksinə komandanın hər bir oyunçusu sabah meydana çıxmaq üçün səbirsizlənir",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB