“İnter” darmadağınla liderliyə yüksəldi

İtaliya A Seriyasının 15-ci turunun daha bir matçı başa çatıb. SİA xəbər verir ki, “İnter” öz meydanında “Udineze”ni qonaq edib.

Milanın San Siro (Cüzeppe Meazza) stadionunda 4 qol qeydə alınıb. Onların hamısının müəllifi ev sahibi komandanın futbolçuları olub - 4:0.

“İnter”in türkiyəli ulduzu Hakan Çalhanoğlu qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə də, A Seriyasının 15 turundan sonra “İnter”in 38 xalla birinci yerə yüksəlib. Öz növbəsində, “Udineze” İtaliya çempionatında eyni sayda oyundan sonra 12 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə