"Mənim üçün “Jirona” gözlənilməz lider deyil"

“Barselona” indi müsbət dinamika nümayiş etdirir

İspaniya La Liqasının 16-cı turunun mərkəzi “Barselona” - “Jirona” matçı ərəfəsində Kataloniya klubunun baş məşqçisi Xavi oyunöncəsi mətbuat konfransında gözləntilərini bölüşüb. Onun dediyinə görə, “Jirona çoxları üçün sürpriz lider ola bilər, amma mənim üçün deyil. Onlar La Liqada qələbəyə iddialı ola bilərlər. Biz futbolumuzu oynayacağıq, cəsarətli olacağıq və matç boyu pressinq edəcəyik. “Barselona” indi müsbət dinamika nümayiş etdirir.

...Bilmirəm, onlar ötən mövsümdən çox fərqlənəcəklərmi? Əvvəllər fərqli oynayırdılar: bizim meydanda “Jirona” üstünlük təşkil edirdi, evdə isə alçaq blok kimi oynayırdılar. Onların tərkibi ötən illə müqayisədə xeyli yaxşılaşıb. “Barselona” hər iki ssenariyə hazırdır.

Qeyd edək ki, SİA bunu Xaviyə istinadən bildirir.

Xatırladaq ki, "Barselona" - "Jirona" matçı bazar günü, dekabrın 10-da keçiriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə