Azərbaycanın daha bir paralimpiya çempionu Qran-pridə gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb. SİA xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında çıxış edib.

Şirinli finaladək bütün rəqiblərinə qalib gəlib. O, həlledici raundda özbəkistanlı Kemran Nurillayevə məğlub olaraq gümüş medalla kifayətənib.

Qeyd edək ki, Vüqar Şirinli 2021-ci ildə eyni şəhərdə keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə