“Mançester Yunayted” 6-cı dəfə məğlub olub

İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Nyukasl” “Mançester Yunayted”i qəbul edib. SİA xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda baş tutmuş matçı Robert Consun rəhbərliyi altındakı arbitrlər briqadası idarə edib.

İlk dördlük uğrunda mübarizə aparan komandalar birinci hissədə heç-heçəyə razılaşıblar. İkinci hissədə isə 55-ci dəqiqədə “sağsağanlar” hesabı açıblar: 22 yaşlı Entoni Qordon fərqlənib. Qordonun qolu yekun hesabı müəyyənləşdirib – 1:0.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “qırmızı şeytanlar” turnir cədvəlində 7-ci pilləyə yuvarlanıblar. “Mançester Yunayted” 14 oyunda cəmi 24 xal toplayıb. Bu, Erik ten Haqın yetirmələrinin 6-cı məğlubiyyəti olub. “Nyukasl” isə 6-cı pilləyə yüksəlib. “Sağsağanlar”ın aktivində 26 xal var. Turnir cədvəlinə isə 33 xalla “Arsenal” başçılıq edir. Şəriksiz lideri ehtiyatında bir oyun olan “Mançester Siti” (29), “Liverpul” (28) və “Aston Villa” (28) təqib edir.

Bütün xəbərlər Facebook səhifəmizdə