Azərbaycan güləşçisi iranlı rəqibini ağır məğlubiyyətə uğradıb

Azərbaycanlı güləşçi Turan Bayramov Bakıda keçirilən Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb. SİA xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə İran güləşçisinə 11 xal üstünlüyü ilə qalib gəlib.

Qeyd edək ki, Sərhədçi” İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə