Premyer Liqada XIV turun daha iki oyunu keçiriləcək

Premyer Liqada XIV turun daha iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək. SİA xəbər verir ki, ilk olaraq "Səbail" "Kəpəz"i qəbul edəcək.

“ASCO Arena”dakı qarşılaşma saat 14:00-da start götürəcək. "Dənizçilər" 21 xalla 4-cü, "Kəpəz" 9 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyni adlı komandası "Turan Tovuz"un müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri 8 xalla sonuncu - 10-cu, qonaqlar 15 xalla 8-ci sırada yer alıblar.

Azərbaycan Premyer Liqası

XIV tur

25 noyabr (şənbə)

14:00. “Səbail” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASCO Arena”

16:00. “Qəbələ” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq "Neftçi" - "Araz-Naxçıvan" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə