“İdman təkcə yarış deyil, böyük bir siyasətdir“ - ÇİNGİZ HÜSEYNZADƏ
“Bu gün Milli Olimpiya Komitəsi (MOK) “Olimpiya Günü”nü qeyd edir. “Olimpiya Günü” adətən 23 iyunda qeyd olunur. Lakin bu ilki qrafik vaxtında qeyd etməyə imkan vermədi”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Ç.Hüseynzadə bildirib ki, adətən şəhər daxilində böyük qaçışlar keçiririk: "Lakin bu il formatı da dəyişmək qərarına gəldik. Belə ki, bu il məktəblilər iştirak edirlər. Tədbirin əsas məqsədi Azərbaycanda olimpiya hərəkatının təbliğindən ibarətdir. İdman təkcə yarış deyil, böyük bir siyasətdir. Buna görə də müxtəlif istiqamətlər üzrə tədbirlərin keçirilməsi vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB