UEFA Gənclər Liqası: “Qəbələ”nin növbəti mərhələdəki rəqibi bəlli olub

UEFA Gənclər Liqası: “Qəbələ”nin növbəti mərhələdəki rəqibi bəlli olub

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi bəlli olub. SİA-nın məlumatına görə, “qırmızı-qaralar” bu raundda Yunanıstanın “Olimpiakos” klubu ilə üz-üzə gələcək.

Afina təmsilçisi İtaliyanın “Leççe” kollektivini iki oyunun (3:1, 3:1) nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, “Qəbələ” I mərhələdə Macarıstanın “Puşkaş Akademiya” komandasını üstələyib. Evdə rəqibi ilə heç-heçə (1:1) edən təmsilçimiz səfərdə minimalhesablı qələbəyə sevinib - 1:0.

Bütün xəbərlər Facebook səhifəmizdə