Ançelotti Arda Gülərdən danışıb

Ançelotti Arda Gülərdən danışıb

"Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin əməliyyatdan sonra nə vaxt meydana qayıda biləcəyini deyib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Arda Gülər əla formadadır, lakin ona bir az daha vaxt lazımdır. Bəlkə on gün. O, burada çıxış etməyə bir az fərqli başlamaq istəyirdi, amma çox gəncdir. Onun yaxşı çıxış etmək üçün çox vaxtı var. Tezliklə o, hazır olacaq və inanılmaz istedadını nümayiş etdirəcək”.

Qeyd edək ki, 18 yaşlı gənc ABŞ-da mövsümöncəsi toplanış zamanı zədə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə