İtaliya A Seriyasında VIII tura yekun vurulub. SİA xəbər verir ki, son çempion “Napoli” öz meydanında “Fiorentina”nı qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:3. Florensiyalıların heyətində Yosip Brekalo, Cakomo Bonaventura və Nikolas Qonsalesin qollarına Neapol klubundan yalnız Viktor Osimhen cavab verə bilib. Nigeriyalı forvardın penaltidən vurduğu top xal qazanmaq üçün kifayət etməyib. Bu nəticə komandaların turnir cədvəlində yerdəyişməsi ilə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB