Basketbol üzrə 29-cu Azərbaycan çempionatının start vaxtı dəqiqləşib

Basketbol üzrə 29-cu Azərbaycan çempionatının start vaxtı dəqiqləşib

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/24 -cü illər mövsümü 22 oktyabr tarixində başlayacaq. SİA xəbər verir ki, ötən ildən fərqli olaraq, 29-cu Azərbaycan çempionatında 10 komanda çempionluq uğrunda mübarizə aparacaq. "Sabah", NTD-INDIGO (Xaçmaz), "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi", "Cəlilabad", "Şəki", "Xəzri" və "Sumqayıt". Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən müntəzəm mövsümü ilk altılıqda tamamlayan klublar play-off mərhələsinə vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa play-off 'un yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq. Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının (ABL) oyunları, "Sərhədçi" İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman Komplekslərində də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə