Daha üç cüdoçu dünya çempionatında mübarizəyə başlayır

Daha üç cüdoçu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında mübarizəyə başlayacaq. SİA xəbər verir ki, yarışın ikinci günündə Süleyman Əliyev və Vüsal Qələndərzadə (73 kq) tatamiyə çıxacaq.

Qızlardan isə Fidan Əlizadə (57 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kq) gümüş medal əldə edib. Digər 4 cüdoçu isə turniri mükafatsız başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə