Basketbol üzrə qadın millimizə yeni məşqçilər korpusu təyin olunub

Basketbol üzrə qadınlardan ibarət yığmamız, cari ilin noyabr ayında 2025 -ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək. SİA xəbər verir ki, qadın millimizi qarşıdan gələn oyunlara yüksək səviyyədə hazırlamaq üçün, federasiya tərəfindən yığmamıza yeni məşqçilər korpusu təyin olunub. Beləki, yığmamızın baş məşqçisi postuna U-16 qız millimiz ilə çempionluq qazanmış türkiyəli mütəxəssis Evren Alkaya gətirilib. Yeni nəsil qadın basketbolçularla işləməyi əla bacaran Evren Alkayanın millimizdə iki köməkçisi də olacaq. Birinci köməkçi məşqçi, uzun illərdir ölkəmizdə yaşayan amerikalı, milli komandanın keçmiş üzvlərini daha yaxından tanıyan Skot Mollenhauerdir. İkinci köməkçi məşqçi isə, U-16 qız millimizdə Evren Alkayanın asistenti olmuş Aygün Eynullayevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə