Hakimi təhqir edən məşqçilər cəzalandırılıb

Hakimi təhqir edən məşqçilər cəzalandırılıb

AFFA İntizam Komitəsi futzal üzrə Yüksək Liqada çıxış edən “Record club" komandasının məşqçisi Ali Sabahiaghghalehi 5 oyunluq cəzalandırıb. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna mütəxəssisin “Yasamal Bakı” ilə görüşün 40-cı dəqiqəsində hakimə qarşı fiziki təzyiqə cəhd etməsi səbəb olub.

Sabahiaghghaleh birbaşa qırmızı vərəqə də alıb.

Futbol üzrə Gənlər Liqasında çıxış edən “Araz-Naxçıvan”ın baş məşqçisi Xəyal Mustafayev də eyni cəza ilə üzləşib. O, “Qarabağ”la görüşdə hakimi təhqir etdiyi üçün texniki zonadan qovulub.

Bütün xəbərlər Facebook səhifəmizdə