İspaniya La Liqasında 7-ci turun oyunları davam edir. SİA xəbər verir ki, bu gün daha bir görüş keçirilib.

“Sevilya” öz meydanında “Almeriya” ilə qarşılaşıb və 5:1 hesablı qələbə qazanıb.

“Sevilya” - “Almeriya” - 5:1

Qollar: En Nesiri, 7, Lukebakio, 8, Suso, 38, Lamela, 51, Salas, 90+2 - Suares, 71

“Sevilya” bu qələbə ilə xallarını 7-ə çatdırıb və 11-ci pilləyə yüksəlib. “Almeriya” isə 2 xalla sonuncu - 20-ci pillədədə qərarlaşıb. Turnir cədvəlinə 16 xalla “Barselona” başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə