Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək. SİA-nın məlumatına görə, ilk gündə kişilər iki, qadınlar isə üç çəki dərəcəsində mübarizə aparacaqlar.
Azərbaycan millisinin 13 idmançısı doğma publika önündə çıxış edəcək. Onlardan 8-i kişi, 5-i isə qadın cüdoçu olacaq.
Kişilər
60 kq
Balabəy Ağayev - Lukhumi Çkvimiani (Gürcüstan)
Əhməd Yusifov - Jorre Verstraeten (Belçika)
Rövşən Əliyev - Lior Rafailov (İsrail)
Nazir Talıbov - Giorgi Sardalaşvili (Gürcüstan)
66 kq
Qasım Vəlizadə - Antoni De Angelis (Latviya)
Yaşar Nəcəfov - Yermek Amangeldi (Qazaxıstan)
Rəşad Yelkiyev - Lukas Saha (Finlandiya)/Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi
Ruslan Paşayev - Tal Fliçer (İsrail)
Qadınlar
48 kq
Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya)
Şəfəq Həmidova - Meri de Varqas (Çili)
Leyla Əliyeva - Tamar Malca (İsrail)
52 kq
Gültac Məmmədəliyeva - Joana Dioqo (Portuqaliya)
57 kq
Nərgiz Hacıyeva - Timna Nelson Levi (İsrail)
Qeyd edək ki, Böyük Dəbilqə turniri sentyabrın 24-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə