"Qarabağ" "Molde"yə qalib gəldi

Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da 2023/24 mövsümündə qrupda ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Norveçin sonuncu çempionu "Molde" klubunu qəbul edib. Görüş Ağdam təmsilçisinin 1:0 gesablı qələbəsi ilə başa çatıb

Qrupun digər matçında "Bayer" (Almaniya) "Hakken"i (İsveç) qəbul edib və 4 cavabsız qolla qalib gəlib.

21 sentyabr

Avropa Liqası

Qrup mərhələsi, 1-ci tur

H qrupu

20:45 "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) -1:0

Qol: Leandro Andrade, 55

Baş hakim: Con Biton (Şotlandiya)

20:45 "Bayer" (Almaniya) - "Hakken" (İsveç) - 4:0

Qollar: Florian Virtz, 10, Amine Adli, 16, Victor Bonifeys, 66, Jonas Hofmann, 70

Bütün xəbərlər Facebook səhifəmizdə