Voleybolçu qızlar arasında EEVZA çempionatı keçiriləcək

Voleybolçu qızlar arasında EEVZA çempionatı keçiriləcək

Latviyanın Daugavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək. SİA xəbər verir ki, 21-25 noyabr tarixlərində baş tutacaq çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq. Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.

“AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə