16-17 sentyabr Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 8 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsi baş tutacaq. SİA xəbər verir ki, təmsilçimiz “Neftçi” B qrupunda Çin, ABŞ milliləri və "Yuanda" (Çin) klubu ilə üz-üzə gələcək.
"Neftçi" ilk qrup oyununu 16 sentyabr Bakı vaxtı ilə saat 12:15 -də ABŞ yığmasına qarşı keçirəcəkdir. İkinci oyun saat 14:05 -də Çin millisinə, sonuncu qrup oyunu isə saat 15:05 -də "Yuanda" klubuna qarşı baş tutacaqdır. Qeyd edək ki, qruplarda ilk pilləni tutmuş komandalar yarımfinala, ikinci və üçüncü sıranı tutmuş kollektivlər isə "play-in" mərhələsinə vəsiqə qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB