“Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Komandaların çox maraqlı, düşünülmüş hücumları oldu. Bu, hələ ilk oyundur. Bu komandaya biz necə ki ilk matçdan əvvəl ciddi yanaşmışdıq, cavab görüşü öncəsi də eyni cür yanaşmalıyıq”. SİA xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində səfərdə Sloveniya “Olimpiya”sına 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
“Olimpiya”nın potensialı çox böyükdür. İstənilən an təhlükəli vəziyyətlər yaradıb, qol vurmaq qabiliyyətləri var. Bu oyun bizi arxayınlaşdırmamalıdır. Bakıdakı matçda biz çox ciddi olacağıq. Hələ qarşıdakı 90 dəqiqədə xeyli güc sərf etməliyik” - deyə o bildirib.
Mütəxəssis rəqibi hansı komponentdə üstələdikləri ilə bağlı sualı belə cavablandırıb: “Rəqibi hansı komponentdə üstülədiyimizi burada demək bəlkə düzgün olmaz. Sadəcə oyunun əvvəlində düşündüyümüzü pressinqi edə bilmədik. Amma get-gedə futbolçuların daha çox rəqibin zonasında oyunları qura bildi və pressinqimiz pis alınmadı. Bu komandanı qapımıza yaxın buraxdıqda təhlükə yarada bilirdilər. Ona görə maksimum bunun qarşısını almağa çalışdıq. Bəlkə də ən vacib komponentimiz bu oldu”.
O, künc nöqtəsindən ötürmə zamanı Kevin Medinanın başla vurduğu qola da münasibət bildirib: “Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə, bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün daha uğurlu olduq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin daha çox buna üstünlük vermişdik. Oyunun əvvəlində Zubir, Benzia oyunu başlayırdılar. Sadəcə uğurlu ötürmə və uğurlu qol oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB