"Bu, biabırçı hakimlik idi”.

Kataloniya “Barselona”sının yarımmüdafiəçisi Frenki de Yonq İspaniya çempionatının ilk turunda “Xetafe” ilə oyunda (0:0) hakimlərin işindən danışıb.

“Təbii ki, biz daha yaxşı oynamalıyıq, lakin hakimlər də daha yaxşı işləməlidirlər. Liqa hər kəsə şamiol ediləcək bir qayda qoymalıdır. Bu oyunda hakimlər doqquz dəqiqə əlavə etdilər, bu çox görünür, lakin “Xetafe” ikinci hissədə 25 dəqiqə keçirdi. Və bu da, “Xetafe”nin günahı deyil. Bu onların işidir. Bu, biabırçı hakimlik idi”.

SİA-nın əldə etdiyi məlumata görə, “Sport.es yarımmüdafiəçinin sözlərini yazır.

Yeri gəlmişkən İspaniya çempionatında növbəti oyununu Xavi Hernandezin komandası evdə “Kadis”ə qarşı keçirəcək. Oyun avqustun 20-də baş tutacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə