Dembelenin PSJ-yə keçidi rəsmən tamamlandı

Dembelenin PSJ-yə keçidi rəsmən tamamlandı

Hücumçu Usman Dembele "Barselona"dan PSJ-yə keçidini rəsmən tamamlayıb. Fransalı Paris komandası ilə 5 illik müqavilə imzalayıb. Müqavilə 50 milyon avro təşkil edib. Bu qiymət Dembelenin "Barselona" ilə müqaviləsində təzminat olaraq yazılmışdı.

PSJ bir neçə gün əvvəl “mavi-qrant”larla müqavilənin şərtlərini razılaşdırsa da, sənədləşmə işləri səbəbindən transfer gecikirdi. “Barselona”nın baş məşqçisi Xavi Hernandez daha əvvəl Dembeleni qalmağa çağırsa da, Usman Parisə köçmək qərarına gəlib.

SİA-nın xatırlatdığı kimi, Dembele 2017-ci ilin yayından Dortmund "Borussiya"sından keçdiyi vaxtdan "Barselona"da çıxış edir. Fransız futbolçu "Kamp Nou"da üç dəfə La Liqa çempionu olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə