Millimiz Qırğızıstana uduzdu

Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, qırğızıstanlı yaşıdları ilə qarşılaşan yığmamız 2:5 hesabı ilə məğlub olub. U-19-un qollarını Rüfət Məmmədli və Fərid Abbasov vurub.

Millimiz turnirdə növbəti oyununu sabah saat 17:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə