"Komandam həm fiziki, həm də psixoloji baxımdan gözəl oyun göstərdi" - David Şvarqa
"İlk öncə komandamı bu gözəl qələbə münasibətilə təbrik edirəm. Əlbəttə ki, biz buhün daha çox müdafiədə özümüzü göstərdik. Bu idman növündə dözümlü olmaq çox vacibdir. Komandam həm fiziki, həm də psixoloji cəhətdən çox gözəl oyun göstərdi". SİA xəbər verir ki, bu sözləri Bakıda "Qarabağ" və Polşanın "Rakuv" komandaları arasında keçirilən cavab oyunundan sonra mətbuat konfransında rəqib komandanın baş məşqçisi David Şvarqa deyib.
"Bu oyunun birinci yarısında özümüzü yaxşı göstərdik. Cərimə meydançasında olarkən belə nəzarət altında saxladıq. Doğrudur, hava şəraiti və rütubət səbəbiylə oyun müddəti bizim üçün bir qədər çətin keçdi"-, deyə o əlavə edib.
O bildirib ki, nə vaxtsa Polşa komandası"Qarabağ"ı udmalı idi: "Mən şadam ki, bu qalib məhz biz olduq. Ümid edirəm ki, hər şey yaxşı olacaq"
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB