"Şahmat üzrə Dünya Kuboku yarışında 100-ə yaxın ölkə iştirak edəcək" - FİDE Prezidenti

"Şahmat üzrə Dünya Kuboku yarışında 100-ə yaxın ölkə iştirak edəcək" - FİDE Prezidenti

Azərbaycanda bu kimi bir sıra mötəbər yarışlar keçirilib. SİA xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç deyib.

A.Dvorkoviç qeyd edib ki, bu cür tədbiri ərsəyə gətirmək asan deyil: "Hazırsa Bakıda keçirilən Şahmat üzrə Dünya Kuboku yarışında 100-ə yaxın ölkə, 300 nəfərə yaxın idmançı iştirak edəcək. Şahmat Federasiya ilə FlDE arasındakı əməkdaşlıq hər zaman yüksək səviyyədədir. Əminəm ki, ədalət yarışda zəfər çalacaq və oyunu izləyən hər kəs zövq alacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə