“Bavariya” Harri Keyn üçün “Tottenhem”ə təklif göndərib

“Bavariya” Harri Keyn üçün “Tottenhem”ə təklif göndərib

“Bavariya” Harri Keyn üçün “Tottenhem”ə ikinci təklif göndərib. SİA xəbər verir ki, jurnalist Florian Plettenberqin sözlərinə görə, münhenlilər 80 milyon avro, üstəgəl bonuslar müqabilində hücumçunu almağa çalışırlar.

Daha əvvəl onlar 70 milyon avro ödəməyə hazır idilər, lakin bu variant London klubunu qane etməmişdi.

Bildirilir ki, Keyn özü “Bavariya”ya keçməkdə maraqlıdır. Deyilənlərə görə, onlar artıq razılaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə