Formula 1-də 2024-cü ilin təqvimi açıqlanıb

Azərbaycanda növbəti Formula 1 Qran Prisi 2024-cü ilin 13-15 sentyabr tarixlərində keçiriləcək.

Gələn il də çempionat Bəhreyndə başlayacaq və Əbu Dabidə başa çatacaq. İlk yarış martın 2-də, son yarış isə dekabrın 8-də baş tutacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar Ramazan ayı ilə əlaqədar şənbə günü keçiriləcək. Eynilə, Las Veqasdakı yarış da bazar günü yox, məhz şənbə günü baş tutacaq.

2019-cu ildən sonra ilk dəfə Çin Qran Prisi təqvimə qayıdacaq.

Azərbaycanda növbəti Formula 1 Qran Prisi 2024-cü ilin 13-15 sentyabr tarixlərində keçiriləcək.

2024-cü ilin təqvimi
Tarix Yarış Keçirildiyi yer
2 mart Bəhreyn Sahir
9 mart Səudiyyə Ərəbistanı Ciddə
24 mart Avstraliya Melburn
7 aprel Yaponiya Suzuka
21 aprel Çin Şanxay
5 may Mayami Mayami
19 may Emiliya Romanya İmola
26 may Monako Monako
9 iyun Kanada Monreal
23 iyun İspaniya Barselona
30 iyun Avstriya Şpilberq
7 iyul Britaniya Silverstoun
21 iyul Macarıstan Budapeşt
28 iyul Belçika Spa
25 avqust Niderland Zandfort
1 sentyabr İtaliya Montsa
15 sentyabr Azərbaycan Bakı
22 sentyabr Sinqapur Sinqapur
20 oktyabr ABŞ Ostin
27 oktyabr Meksika Mexiko
3 noyabr Braziliya San Paulu
23 noyabr Las Veqas Las Veqas
1 dekabr Qətər Losail
8 dekabr Əbu Dabi Yas Marina

Bütün xəbərlər Facebook səhifəmizdə