"Başqa bir "Səbail" olmaq istəyirik" - BAŞ MƏŞQÇİ DANIŞDI

"Başqa bir "Səbail" olmaq istəyirik" - BAŞ MƏŞQÇİ DANIŞDI

“Belə bir zamanda legioner seçimi və yeni oyunçu transfer etmək çox çətindir. Hər zaman qeyd etmişəm ki, əgər legionerlərdə 60-70% doğru seçim edilirsə, bu böyük bir şeydir. Doğrudur, legionerlərin bütün oyunlarına baxırıq, hərtərfli araşdırırıq. Lakin bu hər şey demək deyil. Həmin legionerin burada necə adaptasiya olması da önəmlidir. Oyunçunun komandaya, ölkəyə uyğunlaşması, həmçinin xarakteri onun oyunda yaxşı performans göstərməsinə səbəb olan amillərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında “Səbail” komandasının baş məşqçisi Şahin Diniyev deyib.

Futbol mütəxəssisi bu seçimlərdə çox həssas olduğunu bildirib: “Zərgər dəqiqliyi ilə seçimlər etməyə çalışıram ki, komandamıza xeyir verən futbolçularla əməkdaşlıq edək. Yeni transfer etdiyimiz futbolçuların hər ikisi yüksək səviyyədədir. Oyunları mənim sistemimə və taktikama uyğun gəlir. Qarşıda yenə də transferlər gözlənilir. Bu gün biz daha iki futbolçu ilə müqavilə imzalamağı düşünürük. İkisi də Portuqaliyadandır. Hər iki futbolçu mərkəz yarımmüdafiəçiləridir. Yeni transfer olunan oyunçuların komandamızı gücləndirəcəklərini düşünürəm. Biz artıq başqa bir “Səbail” olmaq istəyirik. Ötən ilki aqibəti yaşamaq istəmirik. Yaxşı nəticə əldə etmək üçün yeni kollektiv formalaşdırırıq. Bəzi problemlər var, amma hər birini həll etməyə çalışırıq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə