"Qəbələ" Portuqaliyadan müdafiəçi gətirir

"Qəbələ" Portuqaliyadan müdafiəçi gətirir

“Qəbələ” növbəti transferini gerçəkləşdirib.

SİA-nın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Portuqaliyanın "Eştoril" klubu ilə müqaviləsi başa çatan Lukas Afriko ilə maraqlanır. Bu barədə "A Bola" nəşri məlumat yayıb. "Qırmızı-qaralar" braziliyalı mərkəz müdafiəçisi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Eştoril" Lukas Afrikonu 2021-ci ilin yayında "Marítimo"dan transfer etmişdi. 28 yaşlı arxa xətt oyunçusu son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə