Qadın güləşçimizdən bürünc medal

Qadın güləşçimizdən bürünc medal

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, dördüncü yarış günündə qadın güləşi üzrə Azərbaycan millisinin üzvü Əsmər Can kurtaran bürünc medal görüşünə çıxıb.

İsveçrəli Svenya Junqoya 9:6 hesabıyla qalib gələn idmançımız Avropa çempionatının bürünc medalını qazanıb.

Bu gün mübarizəyə qoşulan Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək finala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня